Bank Of Baku

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında yeni kredit müqaviləsi imzalanıb

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında yeni kredit müqaviləsi imzalanıb
# 30 iyul 2012 09:31 (UTC +04:00)
AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan tərəfindən müqaviləni ölkənin nəqliyyat naziri Ziya Məmmədov, AİB tərəfindən isə Azərbaycan nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalayıblar.
Bu vəsait yol şəbəkəsinin inkişafı üçün nəzərdə tutulmuş 500 mln. dollarlıq çoxtranşlı maliyyələşdirmə mexanizminə daxil olan üçüncü tranş kreditidir.
AİB-in Direktorlar Şurası bu krediti 2011-ci il oktyabrın 14-də təsdiq edib. Kredit hesabına Masallı və Astara arasında 4 zolaqlı yolun 22-ci kilometrdən 61-ci kilometrə qədər, təxminən 39 km uzunluğunda tikiləcək. Layihə həmçinin tikinti və nəzarət, maliyyə, audit üçün məsləhət xidmətləri, sosial və ekoloji qiymətləndirmə və əsas potensialın inkişafının idarə olunması və bu sahələr üzrə məsləhətlərin verilməsini təmin edəcək.
«AİB Masallı-Astara avtomobil yolunun dövlət üçün vacib olduğunu anlayır. Bu yol ölkənin əsas Şimal-Cənub magistral yolunun tərkib hissəsi olaraq cənub sərhədləri ilə paytaxtı birləşdirir. Yolun pis vəziyyətdə olması yüksək nəqliyyat xərcləri, çatdırmanın daha çox vaxt aparması və yol-nəqliyyat hadisələri ilə nəticələnir. Bu, qeyri-neft sektorunun inkişafına və yoxsulluğun azaldılmasına maneə təşkil edir, eləcə də regional ticarətin inkişafına təsir edir», - deyə O.Noroyono bildirib.
Onun sözlərinə görə, AİB Azərbaycan hökumətinin yerli və regional ticarətə töhfə verəcək yol layihələrinin təkmilləşdirməsini dəstəkləyir: «Bununla da, Azərbaycan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramını daha uğurla həyata keçirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR