Bank Of Baku

«NBC Bank» on-line ödənişlərlə bağlı xidmətlərə başlayıb

«NBC Bank» on-line ödənişlərlə bağlı xidmətlərə başlayıb
# 31 iyul 2012 14:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC «Bill Pay» on-line ödəniş sistemi üzrə xidmətlərə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsi ilə bankın filial və şöbələrinə, poçta getmədən, günün istənilən vaxtı və istənilən məkanda heç bir komisyon haqq ödəmədən kommunal, mobil və stasionar telefon, internet provayder, kabel TV və digər ödənişləri «Visa» və «Master Card» tipli plastik kartlar vasitəsi ilə internet üzərindən ödəmək mümkündür.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bill Pay» sisteminin üstünlükləri sırasında aylıq ödənişlərin şəxsi kabinetdə qeydiyyatı, ödəmə tarixçəsinin şəxsi kabinetdə yadda saxlanılması, hər ödəmədə bonusların əldə olunması, kart məlumatlarının şəxsi kabinetdə saxlanılmasını qeyd etmək olar.

On-line xidmətdən yararlanmaq istəyənlər bu linkdən istifadə etməklə (http://billpay.nbcbank.az/) öz ödənişlərini edə bilər. «Bill Pay» sistemindən qeydiyyatdan keçən hər bir istifadəçi ödəniş etdiyi xidməti və müvafiq kodu 1 dəfə qeyd edir və beləliklə də gələn dəfə bu məlumatları yenidən daxil etmək zərurəti ilə üzləşmir. Həyata keçirilən bütün ödənişlər yaddaşda saxlanılır. Müştəri istədiyi zaman etdiyi ödənişlərə baxa bilər və öz ödənişləri üzrə çıxarışları çap edə bilər.

«NBC Bank»ın təklif etdiyi bank xidmətləri ilə bağlı ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR