Bank Of Baku

«TBC Kredit» kreditləşməni 36% artırıb

«TBC Kredit» kreditləşməni 36% artırıb
# 31 iyul 2012 14:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatının kredit portfelinin həcmi son bir ildə 36% artaraq 2012-ci il iyulun 1-nə 31,26 mln. ABŞ dollarına çatıb. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, portfeldə 44% xüsusi çəkisi ilə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı isə müvafiq olaraq 23% və 33% təşkil edir.
Keçən ilin göstəriciləri ilə müqayisədə istehlak və mikrobiznes kreditlərinin həcmi artıb. Belə ki, istehlak kreditlərinin portfeli təxminən 2 dəfə, mikrobiznes kreditlərinin portfeli 2,5 dəfə artıb.
Bu ilin sonuna «TBC Kredit» kredit portfelini 40 mln. dollara qədər artırmağı planlaşdırır, prioritet kimi isə biznes layihələrin maliyyələşdirilməsi qalır.

Qeyd edək ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR