Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti 4 icbari sığorta növünə icazənin verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edib

Beynəlxalq Sığorta Şirkəti 4 icbari sığorta növünə icazənin verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edib
# 01 avqust 2012 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 4 icbari sığorta növünə icazənin alınması üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, müraciətlə yanaşı, Büroya üzv olmaq üçün şirkətin müvafiq tələblərə cavab verməsinə dair sənədlər də təqdim edilib. Bu, ən azı 10 regional nümayəndəliyin və Büronun şəbəkəsi ilə inteqrasiya edilmiş proqram təminatının mövcud olması tələbləridir.

Qeyd edək ki, bir müddət əvvəl maliyyə nazirinin müavini Azər Bayramov bildirmişdi ki, BSŞ-yə icbari sığorta növlərinə icazənin verilməsi məsələsinə yalnız şirkətin əsas lisenziyasının yenilənməsindən sonra baxıla bilər. Cari ilin iyulun 13-də Maliyyə Nazirliyi şirkətə sığorta fəaliyyətinə müddətsiz lisenziya verib.

BSŞ Büro üzvlərinə qarşı qoyulan tələblər çərçivəsində 1 iyul 2012-ci il tarixinədək Azərbaycanın bütün 10 iqtisadi zonasında regional nümayəndəliklər açıb. Eyni zamanda şirkət Büronun sisteminə qoşulmaq və icbari sığorta növləri üzrə kargüzarlıq əməliyyatlarının aparılması üçün istifadə edilən xüsusi proqram təminatı əldə edib. Hazırda Beynəlxalq Sığorta Şirkətinin məcmu kapitalı 5,5 mln. manata yaxındır ki, bu da Büroya üzv olmaq üçün kifayətdir.

Qeyd edək ki, BSŞ Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib və hazırda müştərilərə 34 növ sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR