Bank Of Baku

“Atəşgah” Sığorta Şirkətinin xidmətlərindən “DəmirBank”ın “Aykart” kredit kartı vasitəsilə yararlanmaq olar

“Atəşgah” Sığorta Şirkətinin xidmətlərindən “DəmirBank”ın “Aykart” kredit kartı vasitəsilə yararlanmaq olar
# 01 avqust 2012 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Atəşgah” Sığorta Şirkətinin icbari və könüllü sığorta xidmətlərindən “DəmirBank”ın “Aykart” kredit kartı vasitəsilə yararlanmaq olar.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hər bir müştəri “Atəşgah” SŞ-nin dörd satış nöqtəsindən (Təbriz küç. 64; C.Məmmədquluzadə küç, 998-ci məhəllə; Mətbuat pr. 18/7; S.A.Şirvani küç.1B) birinə müraciət etməklə istənilən sığorta məhsulunu 6 aya əlavə xərcsiz ödəmək imkanı ilə əldə edə bilər.

“Aykart”ın əsas istifadə təyinatı “DəmirBank”la tərəfdaş olan ticarət və xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran, turizm və s.) mal və xidmətlərin dəyərinin kartla ödənişidir. “Aykart” vasitəsilə müştərilərə xidmət haqqı olmadan faizsiz kredit xətti ilə 3 il müddətinə 300-dən 5 000-dək manat məbləğində vəsait ayrıla bilər.

Kart üzrə istifadə edilən məbləğlər müvafiq aylar ərzində hər ayın 1-dən 10-dək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və beləliklə kredit xətti 3 il ərzində dəfələrlə yenidən istifadə edilə bilər.

Qeyd edək ki, “Atəşgah” şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. Ötən ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur, il ərzində Qrupun sığorta haqları 28 mln. manat, ödənişləri isə 6,4 mln. manat təşkil edib. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR