Bank Of Baku

«Unibank» yeni uduş lotereyası keçirir

«Unibank» yeni uduş lotereyası keçirir
# 01 avqust 2012 14:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Unibank» ASC-də məcmu uduş fondu 15 min manat təşkil edən «Kredit al, hədiyyə qazan» lotereyası start götürüb. «APA-Economics»in məlumatına görə, avqustun 1-dən başlayaraq 3 ay davam edəcək lotereya aksiyasında nağd kredit, «Al Kart» kredit xətti, mikrokreditlər, «ALBALI» kredit kartı və digər növ istehlak kreditləri alan müştərilər iştirak edə biləcəklər.

İlk tiraj sentyabrın 5-də keçiriləcək və avqust ayı ərzində yuxarıda qeyd olunan kreditləri alanlar arasında oynanılacaq. Hər tirajda 5 qalib müştəri müəyyən olunaraq «Unibank»dan hər biri 1000 manat qazana biləcək. Qeyd edək ki, lotereya Bankın 30-a yaxın filial və şöbələrini birləşdirən bütün xidmət şəbəkəsində keçirilir.

Uduş fondunun oynanılması xüsusi kompyuter proqramı vasitəsi ilə elektron püşkatma üsulu ilə aparılacaq. Bu məqsədlə lotereya iştirakçılarına kredit cəlb etdikləri zaman xüsusi eyniləşdirmə nömrəsi veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR