Bank Of Baku

«Qarant Sığorta» şirkəti yarımillik hesabatını açıqlayıb

«Qarant Sığorta» şirkəti yarımillik hesabatını açıqlayıb
# 02 avqust 2012 09:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2012-ci ilin yanvar-iyun ayları üzrə sığorta yığımlarının ümumi həcmi 5,073 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib.

Həmin müddət ərzində sığorta hadisələri üzrə şirkətin ödənişlərinin həcmi 726,5 min manata bərabər olub ki, bu da illik müqayisədə 17,7% çoxdur.

F.Allahverdiyevin sözlərinə görə, yığımların strukturunda avtomobillərin könüllü sığortası, əmlak sığortası kimi növlər üstünlük təşkil edir. Qeyd edək ki, şirkət İcbari Sığortalar Bürosunun üzvü olmadığından yalnız könüllü sığorta növləri üzrə xidmət göstərir.

F.Abdullayev bildirib ki, Büroya üzv olmaq məqsədi ilə müvafiq tələblərə cavab vermək üçün işlər aparılır. Həmçinin qeyd edilib ki, şirkətin yığımları strukturunda korporativ və fərdi müştərilərin payı təxminin 80% və 20%-ə bərabərdir. Lakin bu il üçün nəzərdə tutulan plana uyğun olaraq, şirkət fərdi sahəni inkişaf etdirmək niyyətindədir və bunun üçün bir neçə yeni məhsul hazırlayır. Ümumilikdə, 2012-ci ildə «Qarant Sığorta»nın daxilolmalarının təxminən 10 mln. manat olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, «Qarant Sığorta» şirkəti 2007-ci ildə yaradılıb. Şirkət «ZQAN Hplding»ə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR