Bank Of Baku

Azərbaycanın Quba rayonunda daha bir bankın filialı açılacaq

Azərbaycanın Quba rayonunda daha bir bankın filialı açılacaq
# 02 avqust 2012 13:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqust ayının sonunda Azərbaycanın «Bank of Azerbaijan» ASC-nin «Quba» filialı fəaliyyətə başlayacaq. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Quba rayonunda yerləşən yeni filialın fəaliyyətə başlaması üçün artıq Mərkəzi Bankdan müvafiq lisenziya alınıb.

Xatırladaq ki, 2012–ci ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 207,280 mln. manat, kredit portfeli 182,420 mln. manat, depozit portfeli 120,180 mln. manat, məcmu kapitalı 26,390 mln. manat, nizamnamə kapitalı 33,5 mln. manat təşkil edib. Hazırda bankın 17 filialı, 3 şöbəsi, 32 bankomatı və 1 855 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR