Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 385 mln. manata çatıb
02 avqust 2012 15:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 4,43 mln. manat ipoteka krediti verilib. Nəticədə, ilin əvvəlindən indiyədək 7 ay ərzində verilən ipoteka kreditlərinin ümumi məbləği 39,27 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.
Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 384,81 mln. manata çatıb. Nəticədə, 2012-ci il avqustun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41,4 manata çatıb.
İyulda AİF tərəfindən 12,32 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, yanvar-iyul aylarında 56,780 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 317,75 mln. manatı və ya 82,6%-i təkrar maliyyələşdirilib.
Bununla yanaşı, yanvar-iyul ayları ərzində AİF 23 mln. manatlıq istiqraz buraxıb.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024