Bank Of Baku

Azərbaycanda bankların minimum kapitalına tələbnamə 5 dəfə artırılır - CƏDVƏL

Azərbaycanda bankların minimum kapitalına tələbnamə 5 dəfə artırılır - <font color=red>CƏDVƏL</font>
# 03 avqust 2012 12:22 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minir.

Məlumatda deyilir ki, keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının reallaşması üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.

Həmçinin bildirilir ki, yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcək.

AMB-nin şərhində göstərilir ki, hazırda Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur. Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitallaşmasının davam etdirilməsi zəruridir.

Xatırladaq ki, hazırda fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarına tətbiq olunan tələbnamə 10 mln. manat təşkil edir.

Aşağıdakı cədvəldə «APA-Economics»in 2012-ci il aprelin 1-i vəziyyətinə ölkədəki bankların məcmu kapitalınin həcminə görə tərtib etdiyi renkinqin nəticələri təqdim olunur. Cədvəldən göründüyü kimi, Azərbaycanda fəaliyyət göstərən bankların 12-nin məcmu kapitalı artıq yeni tələbə cavab verir:


 

Banklar

Məcmu kapital (mln. AZN)

1

IBAR

419,286

2

Xalq Bank

176,203

3

PASHA Bank

150,237

4

Texnikabank

99,997

5

Access Bank

91,248

6

Kapital Bank

86,918

7

Expressbank

84,373

8

Bank of Baku

66,636

9

Bank Respublika

60,519

10

YapiKredi Bank Azerbaijan

58,324

11

Unibank

57,641

12

Demirbank

51,224

13

SW Bank

42,145

14

AGBank

35,484

15

Mugan Bank

34,251

16

Bank Nikoil

32,171

17

Atabank

30,424

18

Azerbaijan Senaye Bank

29,902

19

Zamin Bank

26,068

20

Turanbank

25,527

21

Bank of Azerbaijan

25,372

22

Kredobank

22,745

23

Bank Avrasiya

18,872

24

NBC Bank

18,421

25

Royal Bank

16,755

26

Rabitabank

16,166

27

Gandjabank

15,923

28

VTB Azerbaijan

14,981

29

Deka Bank

14,636

30

Kavkaz Inkishaf Bank

14,432

31

Parabank

13,850

32

United Credit Bank

13,582

33

Gunaybank

13,364

34

Azer-Turk Bank

13,227

35

Atrabank

11,457

36

Bank Standard*

-

37

Amrahbank*

-

38

Azerbaijan Kredit Bank*

-

39

AFB Bank*

-

40

Bank Milli Pakistan – Baku*

-

41

BTB Bank*

-

42

Euro Bank*

-

43

Nakhchivanbank*

-

44

Bank Melli Iran – Baku*

-


* Göstəricilər təqdim edilməyib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR