Bank Of Baku

«Unibank» əmanətlər üzrə yeni maksimum müəyyənləşdirib

«Unibank» əmanətlər üzrə yeni maksimum müəyyənləşdirib
# 03 avqust 2012 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC tərəfindən cəlb olunan əmanətlərin həcmi son bir ildə 48,4% artaraq 201,2 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici yeni tarixi maksimumdur.

Ötən ilin iyulun 31-dən «Unibank»da əmanətçilərinin sayı 50% artıb. Bakı və Sumqayıtla yanaşı, «Unibank»ın 7 regional filialında (Lənkəran, Şəki, Mingəçevir, Quba, Gəncə və Şəmkirdə) əmanətçilərin sayı 70% artıb. Qeyd edək ki, ABŞ dollarında olan bütün növ əmanətlər üzrə («Müddətli», «Proqressiv», «Yığım», «Faizlər əvvəlcədən») faiz dərəcələri optimallaşdırılaraq milli valyutada açılan əmanətlərlə bərabərləşdirilib. Nəticədə, Bankın fərdi əmanətçilərə təklif etdiyi maksimal faiz dərəcəsi illik 12,4% təşkil edir.

Bununla yanaşı bildirilir ki, bank hər ay orta hesabla əmanətçilərə 1,5 mln. manatdan çox faiz gəliri ödəyir.

Xatırladaq ki, 2007-ci il iyunun 30-dan «Unibank» ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bakı ilə bərabər ölkənin 9 şəhərində fəaliyyət göstərən 28 filial və şöbələri vasitəsi ilə Bank 223 minə yaxın özəl və korporativ müştərilərə xidmət göstərir. Onlardan 119 mindən artıq müştəri Fondun sığortalanma şərtlərinə uyğun depozit hesablarının sahibləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR