Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasında iyulda ticarət dövriyyəsi 14% azalıb

Bakı Banklararası Valyuta Birjasında iyulda ticarət dövriyyəsi 14% azalıb
# 03 avqust 2012 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 37 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 68,583 mln. manat və ya dollar ekvivalentində 87,336 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 11,084 mln. manat və ya 14% azdır.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 3,970 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,360 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR