Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi iyulda 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi iyulda 0,03% enib
# 03 avqust 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyul ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7850 AZN-dən 0,7848 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,7853 AZN-ə bərabər olub. Halbuki, 2012-ci ilin iyun ayında bu göstərici 0,7854 AZN təşkil edib.

Xatırladaq ki, iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 10 bankın iştirakı ilə 68,583 mln. manat və ya dollar ekvivalentində 87,336 mln. həcmində 37 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyun ayı ilə müqayisədə 14% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR