Bank Of Baku

«Bank of Baku» yeni endirim kampaniyasına başlayıb

«Bank of Baku» yeni endirim kampaniyasına başlayıb
# 06 avqust 2012 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC iş yerindən arayış təqdim edə bilməyən peşə sahibləri üçün yeni endirimli kampaniyaya start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, avqustun 6-dan etibarən «Bank of Baku» bütün növ ustalara arayışsız və endirimli faizlə pul krediti ayırmağa başlayıb.

Ayrılacaq kreditin illik faiz dərəcəsində 2%-lik endirim edilir. Kredit almaq niyyətində olan müştəridən hər-hansı arayış tələb edilmir. Yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi yetərlidir. Beləliklə, ev təmiri, avtomobil, saç, mebel, telefon, saat, elektrotexnika və digər növ ustalar bu kampaniya çərçivəsində endirimli pul krediti üçün «Bank of Baku»ya müraciət edə bilər. Kreditin maksimal məbləği 10 min ABŞ dolları təşkil edir. Həmçinin 1,5 min dollara kimi kredit zaminsiz verilir. Müştəriyə 1,5-5 min dollar arası məbləğ ayrıldığı zaman isə müvafiq hallarda zamin tələb edilə bilər. Lakin bu halda da müştəridən arayış tələb edilmir. Zamin qismində ödəmə qabiliyyəti olan istənilən şəxsin çıxış etməsi mümkündür. Kreditin müddəti isə 24 aya kimidir. Kampaniya sentyabrın 15-dək davam edəcək.

Qeyd edək ki, kampaniyanın təfsilatları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya, həmçinin 8145 nömrəsinə iş yerinin adını SMS ilə yollaya bilər. Mesaj göndərmiş şəxslərlə əlaqə saxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR