Bank Of Baku

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 20% azalıb

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 20% azalıb
# 07 avqust 2012 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 453,431 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 105,678 mln. manat və ya 19% azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində əməliyyatların həcmi 559,109 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 68,583 mln. manat təşkil edib. Bu isə əvvəlki aya nisbətən 14% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR