Bank Of Baku

«NBC Bank» nizamnamə kapitalını 50 mln. manata çatdıracaq

«NBC Bank» nizamnamə kapitalını 50 mln. manata çatdıracaq
# 07 avqust 2012 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC–nin səhmdarlarının ümumi yığıncağında bankın məcmu kapitalının 2013-cü ilin sonuna qədər 50 mln. manata çatdırılması qərara alınıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar olaraq zəruri tədbirlərin görülməsi üçün İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayına Bankın məcmu kapitalı 20 mln. manat, aktivləri isə 79 mln. manat təşkil edib.

«NBC Bank» 1992–ci ildə «Ruzu» Səhmdar Kommersiya Bankı kimi qeydiyyatdan keçib, 2002-ci il yanvarın 17-də adı «NBC Bank»a dəyişdirilib. Hazırda «NBC Bank»ın Bakı şəhərində 7 və regionlarda 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR