Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Dünya Bankının regional direktoru ilə görüş keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Dünya Bankının regional direktoru ilə görüş keçirilib
# 07 avqust 2012 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüş keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı QKDK-nın sədr müavini Comərd Əliyev Azərbaycan iqtisadiyyatının dinamik inkişafından və bu sahədə əldə olunan uğurlu nəticələr haqqında, o cümlədən qiymətli kağızlar bazarının inkişaf mərhələlərindən və gələcəkdə qarşıya qoyulmuş hədəflər barədə ətraflı məlumat verib.

Öz növbəsində H.Kerali Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də DB ilə səmərəli əməkdaşlığından məmnun olduğunu və bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini bildirib.

Görüşdə həmçinin Azərbaycan hökuməti ilə DB arasında imzalanmış «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi»nin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR