BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 27,8% azalıb. Korporativ istiqrazların ilkin bazarında 37,215 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 148,808 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 2,5 dəfə, təkrar bazarı isə 19,4% azalıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı ilin ilk 7 ayı ərzində 32,7% azalıb.
Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 64,582 mln. manat təşkil edib və 2011-ci ilin yanvar-iyul aylarına nisbətən 8,5% azalıb. Səhmlərin ilkin bazarı 9,5% azalıb, təkrar bazarı isə 5% artıb.
Korporativ qiymətli kağızlar
Bazarın seqmentləri | Yanvar-iyul, 2012 | Yanvar-iyul, 2011 | Nisbət (%) |
Əqdlərin həcmi, | Əqdlərin həcmi, |
| |
Korporativ istiqrazlar (yerləşdirmə) | 37 215 335,00 | 91 885 972,50 | -2,5 dəfə |
Korporativ istiqrazlar (təkrar bazar) | 148 808 101,58 | 184 748 225,66 | -19,4% |
Kİ bazarı cəmi | 186 023 436,58 | 276 634 198,16 | -32,7% |
Səhmlər (yerləşdirmə) | 59 630 435,35 | 65 868 332,00 | -9,5% |
Səhmlər (təkrar bazar) | 4 951 671,15 | 4 719 614,34 | 5% |
Səhm bazarı cəmi | 64 582 106,50 | 70 587 946,34 | -8,5% |
KQK bazarı cəmi | 250 605 543,08 | 347 222 144,50 | -27,8% |
Hesabat dövründə birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, yanvar-iyul aylarında dövlət istiqrazları bazarının həcmi 3,1 dəfə azalıb, o cümlədən istiqrazların ilkin bazarının həcmi 3 dəfə, təkrar bazarın həcmi isə 3,6 dəfə azalıb.
Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankının notları bazarında artım qeydə alınıb. Belə ki, not bazarı ümumiyyətlə 37,1%, o cümlədən notların ilkin bazarı 37,2%, təkrar bazarı isə 30,7% artıb. Eyni zamanda, hesabat dövründə repo əməliyyatlarının həcmi 72,6% artaraq 6 mlrd. manatı ötüb. Ümumiyyətlə, yanvar-iyul aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 61,4% artıb.
Göründüyü kimi, ilk 7 ay ərzində fond bazarının artımını not bazarı və repo əməliyyatları təmin edib.
Dövlət qiymətli kağızları
Bazarın seqmentləri | Yanvar-iyul, 2012 | Yanvar-iyul, 2011 | Nisbət (%) |
Əqdlərin həcmi, | Əqdlərin həcmi, |
| |
Dİ (AMN) |
59 757 344,13 | 178 869 168,77 | -3 dəfə |
Dİ (AMN) |
7 348 651,92 | 26 616 863,09 | -3,6 dəfə |
Dİ bazarı cəmi | 67 105 996,05 | 205 486 031,86 | -3,1 dəfə |
Notlar (AMB) (yerləşdirmə) | 689 155 740,27 | 502 122 741,33 | 37,2% |
Notlar (AMB) | 12 486 939,02 | 9 555 687,77 | 30,7% |
Not bazarı cəmi | 701 642 679,29 | 511 678 429,10 | 37,1% |
Repo əməliyyatları | 6 017 007 047,38 | 3 486 717 782,68 | 72,6% |
DQK bazarı cəmi | 6 785 755 722,72 | 4 203 882 243,64 | 61,4% |
Dİ – dövlət istiqrazları;
AR MN – Azərbaycan Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.