Bank Of Baku

Azad Cavadov: «Regionda və MDB məkanında bank əmanətlərinə görə ən yüksək kompensasiya Azərbaycanda ödənilir»

Azad Cavadov: «Regionda və MDB məkanında bank əmanətlərinə görə ən yüksək kompensasiya Azərbaycanda ödənilir»
# 08 avqust 2012 13:02 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov bildirib: «Əsas səbəb əmanətin məbləğinin böyük olmasıdır. Elə əmanətçilər var ki, vəsaitlərini bir bankda cəmləşdirirlər və bu, sonda belə nəticələrə səbəb olur».

Xatırladaq ki, ƏSF-in şərtlərinə əsasən, 2010-cu il 1 iyun tarixindən sonra (bu tarixdən əvvəl 15% olub) illik gəlirliyi 12%-dən artıq olmaq şərti ilə qəbul edilən əmanətlər sığortalanmır. Eləcə də bir bankda bir şəxs üçün yatırılan əmanətin məbləğindən asılı olmayaraq Fondun ödədiyi kompensasiya məbləği 30 min manatdan (38 min ABŞ dolları) artıq deyil. Qeyd edək ki, qonşu dövlətlərlə müqayisədə və MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır, sonrakı yerləri Qazaxıstan (32 min dollar), Türkiyə (28 min dolları), Rusiya (22 min dollar) və s. tutur.

Fond rəhbərinin sözlərinə görə, banka əmanət yatırılan zaman bağlanan əmanət müqaviləsində əmanətlərin hansı şərtlərlə qorunduğu göstərilsə də, bəzi əmanətçilər müqavilədə göstərilən bütün şərtlərə diqqət yetirmirlər: «Fondun tələblərinə görə, əmanətlərin hansı şərtlər daxilində qorunduğu barədə məlumat əmanət müqaviləsində göstərilməlidir. Buna əmin olmaq üçün Fonda üzv olan banklardan müqavilə formalarının nümunəsini də alıb və öz tövsiyələrimizi üzv banklara bildirmişik. Amma bəzi əmanətçilər daha yüksək gəlir əldə etmək üçün yüksək faizə üstünlük verirlər».

Qeyd edək ki, 2012-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, Azərbaycandakı banklarda əmanətlərin ümumi məbləği 4,319 mlrd. manat təşkil edib ki, bunun da 2,776 mlrd. manatı qorunan əmanətlərin payına düşür. Fondun şərtlərinə əsasən, kompensasiya oluna bilən əmanətlərin məbləği isə 1,343 mlrd. manat təşkil edir. Başqa sözlə, hazırda banklardakı əmanətlərin həcminin 64,3%-i sığortalanıb, 31,1%-i isə kompensasiya verilə bilən həddədir.

A.Cavadovun sözlərinə görə, ƏSF-in əsas məqsədi mümkün qədər çox sayda əmanətçinin əmanətini qorumaqdır: «Bu göstəricilər baxımından ölkə üzrə əmanətçilərin 96%-ı sığortalıdır və bu da beynəlxalq təcrübədə yüksək göstəricidir, əmanəti qorunmayan əmanətçilərin sayı isə cəmi 4% təşkil edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR