Bank Of Baku

«Royal Bank»ın əmanətçiləri kompensasiya almağa tələsmirlər

«Royal Bank»ın əmanətçiləri kompensasiya almağa tələsmirlər
# 08 avqust 2012 14:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda müflis olmuş «Royal Bank» ASC-nin 7 088 əmanətçisindən bu günədək yalnız 787-si kompensasiya məbləğini götürüb. Bu barədə «APA-Economics»ə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, əmanətçilərə kompensasiya kimi verilməsi nəzərdə tutulan 16 mln. manatdan indiyədək 9,053 mln. manatı qaytarılıb. Qeyd edək ki, əvvəlcə kompensasiyaların məbləğinin 17 mln. manat olacağı bildirilsə də, sonradan aparılan dəqiqləşdirmələr nəticəsində bəzi şəxslərin banka bir neçə əmanət qoyduğu aydınlaşıb və ümumi kompensasiya məbləği 16 mln. manata enib.

Başqa sözlə, 11% müştəri kompensasiya məbləğinin 56,2%-ni götürüb.

A.Cavadov bildirib ki, hazırda bankın keçmiş əmanətçiləri tərəfindən kompensasiyaların götürülməsində ajiotaj hiss olunmur. Bununla bağlı müvəkkil edilmiş 3 agent bankın (27 filial) hər filialına gün ərzində kompensasiya almaq üçün cəmi 2-3 şəxs müraciət edir: «Bu da onu deməyə əsas verir ki, əmanətçilərdə narahatlıq yoxdur. Kompensasiya almaq üçün əmanətçilər 2013-cü il iyulun 20-dək müraciət edə bilərlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR