Bank Of Baku

«Facebook» virtual kazino yaradır

«Facebook» virtual kazino yaradır
# 09 avqust 2012 10:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünyanın ən böyük sosial şəbəkəsi olan «Facebook»un istifadəçiləri şəbəkədə mərc oyunları, o cümlədən kazinoda oynaya biləcəklər. «APA-Economics»in «Financial Times»ə istinadən məlumatına görə, sosial şəbəkənin işə saldığı «Bingo Friendzy» əlavəsi istifadəçilərə real pul qoyuluşu etməklə kazinoda oynamağa imkan verəcək. Hələlik bu yenilikdən «Facebook»un yalnız Böyük Britaniyadakı yaşı 18-dən yuxarı olan istifadəçiləri yararlana biləcəklər.

Yaxın vaxtlarda şəbəkədə belə oyunların sayı arta bilər. «Bingo Friendzy»nin istehsalçısı olan «Gamesys» şirkəti bildirib ki, şirkət virtual kazinolar üçün oyunlar hazırlamaqdadır və yaxın vaxtlarda başqa oyunlar da buraxacaq. Prosesin Britaniyadan başlanması bu ölkədə mərc oyunlarının tənzimlənməsi sisteminin yaxşı qurulması ilə bağlıdır. Sosial şəbəkə başqa mərc oyunlarının, o cümlədən «blek-cek» və «ruletka» oyunlarını da başlamaq niyyətindədir, amma hələlik bununla bağlı razılığa gəlmək mümkün olmayıb.

«Facebook» rəsmiləri bildirib ki, virtual kazino başqa ölkələrdə işləməyəcək. Amma ekspertlər istisna etmirlər ki, Britaniya bu məsələdə yalnız başlanğıcdır və oyunlar başqa ölkələrə də yayılacaq.

Qeyd edək ki, «Facebook»un aktiv istifadəçilərinin sayı son bir ildə 29% artaraq 955 mln-a çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR