Bank Of Baku

Azərbaycanda ipoteka istiqrazları bazarının həcmi azalıb

Azərbaycanda ipoteka istiqrazları bazarının həcmi azalıb
# 09 avqust 2012 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda ipoteka istiqrazları bazarının həcmi azalıb.

«APA-Economics»in məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən 2012-ci ilin ilk yarısı üzrə dərc olunmuş fəaliyyət hesabatında qeyd olunub ki, ipoteka istiqrazlarının ilkin və təkrar bazarının həcmi cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,4% azalaraq 73,6 mln. manat təşkil edib. Bütövlükdə, bu il ərzində Azərbaycan İpoteka Fondunun (AİF) 30 mln. manatlıq istiqrazları emissiya olunub, 23,1 mln. manatlıq istiqrazlar yerləşdirilib.

Qeyd edək ki, QKDK tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR