Bank Of Baku

Praqada MDB ölkələrinin institusional investorları üçün beynəlxalq konfrans keçiriləcək

Praqada MDB ölkələrinin institusional investorları üçün beynəlxalq konfrans keçiriləcək
# 09 avqust 2012 14:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın «CBonds» qrupuna daxil olan «Cbonds-Congress» şirkəti və «Investfunds» informasiya portalının təşkilatçılığı ilə noyabrın 2-3-də Praqada Rusiya və MDB ölkələrinin institusional investorları üçün I Beynəlxalq Konfrans keçiriləcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, konfrans institusional investorlar üçün transərhəd investisiya imkanlarına həsr olunacaq və bu sahədə ilk ixtisaslaşmış tədbir olacaq.

Konfransda müzakirə olunacaq mövzular sırasında qlobal makroiqtisadi vəziyyət, Avropada borc böhranı, qlobal və regional səhm və istiqraz bazarlarında investisiya imkanları, xammal bazarları və burada investisiya imkanları, müxtəlif ölkələrdə pensiya islahatları və s. var. Tədbrin mövzuları investisiya fondları, pensiya fondları, sığorta şirkətləri kimi institusional investorlar, həmçinin idarə edici və broker şirkətləri üçün aktualdır. «Cbonds-Congress»in hesablamalarına görə, konfransda Rusiya, MDB və Avropa ölkələrindən 150 nümayəndənin iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR