Bank Of Baku

«NBC Bank» son 6 ayda 1,6 mln. manat ipoteka krediti verib

«NBC Bank» son 6 ayda 1,6 mln. manat ipoteka krediti verib
# 10 avqust 2012 11:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ilin oktyabr ayından 2012-ci il iyul ayınadək Azərbaycanın «NBC Bank» ASC tərəfindən 1,590 mln. manat həcmində ipoteka krediti verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bunun təxminən 2/3-si güzəştli şərtlərlə (illik 4%) təqdim olunan ipoteka kreditlərinin payına düşüb.

«NBC Bank» Azərbaycan İpoteka Fondu tərəfindən ayrılmış illik normanı 6 ay ərzində həyata keçirə bilib. Eləcə də, Bank tərəfindən ipoteka kreditləri üzrə sənədlərin rəsmiləşdirilməsində və ipoteka kreditinin təqdim olunmasında yüksək operativlik nəticəsində son 6 ay ərzində təqdim olunan ipoteka kreditlərinə tələbat müəyyən olunmuş limiti təxminən 2 dəfə üstələyib.

Qeyd edək ki, ipoteka kreditindən istifadə edənlərin 80-85%-ni gənclər təşkil edir. Bank hazırda növbəti mərhələ üzrə ipoteka kreditlərinə olan limiti artırmağı planlaşdırır.

«NBC Bank» Azərbaycan İpoteka Fonduna müvəkkil kredit təşkilatı kimi 2011-ci ilin avqustun 1-də qoşulub. Bankın ipoteka krediti və digər təklif etdiyi xidmətlərdən istifadə etmək istəyənlər Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialına müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR