Bank Of Baku

«Royal Bank»ın ləğvedicisi müəyyənləşib

«Royal Bank»ın ləğvedicisi müəyyənləşib
# 13 avqust 2012 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi ilə müflis elan olunmuş «Royal Bank» ASC-nin ləğvedicisi qismində «Azerbaijan International Consulting Company» MMC çıxış edəcək.

Məhkəmədən «APA-Economics»ə verilən məlumata görə, müflis elan edilmiş banka qarşı tələblər bu gündən etibarən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri (kreditorun adı, ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, həmçinin tələbin təminatı olan girov (ipoteka) və qarantiya barəsində məlumat) təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR