Bank Of Baku

«Texnikabank»da müddətli əmanətlərin həcmi son iki ayda 11% artıb

«Texnikabank»da müddətli əmanətlərin həcmi son iki ayda 11% artıb
# 13 avqust 2012 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-də fiziki şəxslərin cari hesablarının sayı avqustun 8-i vəziyyətinə 14 284 təşkil edib ki, bu da iyunun 1-nə nisbətən 9,2% çoxdur. «APA-Economics»in məlumatına görə, bankın əmanətçilərinin sayı 4,4% artaraq 19,7 min nəfərə çatıb.

Bankda yerləşdirilən müddətli əmanətlərin həcmi iyunun əvvəli müqayisədə 10,5% artaraq 80,1 mln. manata çatıb. Ümumiyyətlə fiziki şəxslərin əmanətlərinin həcmi 107 mln. manatdan artıqdır.

Hazırda «Texnikabank»ın 35 filial və 17 şöbəsində 40 min müştəriyə xidmət göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR