Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını artırır

«Expressbank» nizamnamə kapitalını artırır
# 13 avqust 2012 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Expressbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 273 manat, sayı 31 479 ədəd, emissiyanın ümumi həcmi isə 8 593 767 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Expressbank»ın artıq yaxın vaxtlarda əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 10,9% artaraq 87 401 037 manata çatacaq.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 78 807 270 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR