Bank Of Baku

«Kapital Bank»ın aktivləri son bir ildə 45% artıb

«Kapital Bank»ın aktivləri son bir ildə 45% artıb
# 13 avqust 2012 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyul ayının 1-nə 1 269,350 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 45,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,2% artaraq 803,230 mln. manat, depozit portfeli 44% artaraq 437,858 mln. manat olub.

Bu dövr ərzində bankın məcmu kapitalı 25% artaraq 89,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 40 mln. manat təşkil edib.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 5,2% artaraq 2 205 188, aktivlərin gəlirliyi (ROA) 0,19 faiz bəndi artaraq 0,68%, kapitalın gəlirliyi isə (ROE) 3,33 faiz bəndi artaraq 9,38% olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR