Bank Of Baku

Azərbaycanın əsas enerji istehsalçısı nizamnamə kapitalını artırır

Azərbaycanın əsas enerji istehsalçısı nizamnamə kapitalını artırır
# 13 avqust 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərenerji» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 10 022 989 ədəd, emissiyanın ümumi həcmi isə 200 459 780 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra ASC-nin nizamnamə kapitalı 12,8% artaraq 1 760 494 580 manata çatacaq.

Xatırladaq ki, «Azərenerji» Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR