Bank Of Baku

İcbari Sığorta Bürosunda qeydiyyata alınmış sığorta tələbləri üzrə ödənişlərin həcmi 1,4 mln. manata çatıb

İcbari Sığorta Bürosunda qeydiyyata alınmış sığorta tələbləri üzrə ödənişlərin həcmi 1,4 mln. manata çatıb
# 14 avqust 2012 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə qeydiyyata alınmış sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 1,4 mln. manata çatıb.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İnformasiya Sistemində Büronun iştirakçıları olan 12 sığorta şirkəti («Paşa Sığorta», «Atəşgah», «Standard Insurance», «AtaSığorta» «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta», «Alfa Sığorta», «Azərsığorta», «Meqa Sığorta», «İpək Yolu Sığorta» və «Azərbaycan Sənaye Sığorta») tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 1 021 sığorta tələbi qeydiyyata alınıb.

Qeydiyyata alınmış sığorta tələblərindən 904-ü üzrə sığorta ödənişləri həyata keçirilib, 4 sığorta tələbi üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 113 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği isə 1,365 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR