Bank Of Baku

Azərbaycanda artıq dörd aydır deflyasiya müşahidə olunur

Azərbaycanda artıq dörd aydır deflyasiya müşahidə olunur
# 14 avqust 2012 08:37 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri iyun ayının səviyyəsində (0,1% və 0,2%) qalıb.

«Eyni zamanda, qiymət və tariflər yanvar-iyul ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 1,6% bahalaşıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 2,2% təşkil edib. Göründüyü kimi, ay ərzində inflyasiya 0,2 faiz bəndi aşağı düşüb.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR