Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51% artıb
# 14 avqust 2012 10:40 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 22 167,6 mln. ABŞ dolları təşkil edib ki, onun 4 460,0 mln. dolları idxalın, 17 707,6 mln. dolları ixracın payına düşüb. Nəticədə, 13 247,6 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin eyni dövrünə nisbətən xarici ticarət dövriyyəsi 27,1%, o cümlədən idxal 2,7%, ixrac 35,2% artıb. Müsbət saldo isə ötən ildəkindən 51,4% çoxalıb.

Hesabat dövründə qeyri-neft məhsullarının ixracı 776 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-iyun aylarının səviyyəsini 6,2% üstələyib.

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (84,9%-i) İtaliya, İsrail, Fransa, İndoneziya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Hindistan, Çin, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Tayvan (Çinin əyaləti), Sinqapur, Tailand və Çexiya ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR