Bank Of Baku

Laçın rayonundan məcburi köçkünlərin kredit ittifaqı yaratmasına yardım məqsədilə təlimlər keçirilir

Laçın rayonundan məcburi köçkünlərin kredit ittifaqı yaratmasına yardım məqsədilə təlimlər keçirilir
# 04 sentyabr 2012 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «World Vision International» humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin donorluğu və proqram meneceri Mehdi Baxşıyevin təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlərin kredit ittifaqı yaratmasına yardım məqsədilə təlimlər keçirilir.
Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, təlim sessiyası bu il avqustun 27-dən sentyabrın 7-dək (12 gün) davam edəcək. Təlim xüsusi olaraq dəvət olunmuş, 50 kredit ittifaqının yaradılmasında, onların qrant və investisiya layihələrində iştirak etməsində böyük rolu olan Elçin Bağırov tərəfindən aparılır.

Təlim iki mərhələdən ibarətdir. Belə ki, təlimin birinci mərhələsində «Yeni kredit ittifaqlarının təsisi», «Kredit İttifaqlarının mühasibatı, biznes planının tərtibi» və «Kredit ittifaqlarının idarə olunması» adlı mövzulara müraciət olunub. İkinci mərhələdə isə iştirakçılara «Kredit ittifaqlarının marketinqi», «Gecikdirilmiş kreditlərin yığılması qaydaları» və «Mərkəzi Bankın prudensial qaydaları və hesabatın hazırlanması» adlı mövzular haqqında geniş məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR