Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, o cümlədən avqust ayında AMB-nin rəsmi valyuta ehtiyatları 156,6 mln. dollar və ya 1,4% artıb:
Göründüyü kimi, bu il ərzində valyuta ehtiyatlarının dinamikasında mülayim və daimi artım müşahidə olunub, yalnız may ayında kiçik azalma baş verib. Ümumilikdə ilin əvvəlindən artım 797,8 mln. manat və ya 7,6% təşkil edib. Həmçinin cədvəldən aydındır ki, ötən ilin dekabr ayı ərzində valyuta ehtiyatların həcmindən kəskin artım baş verib. Belə ki, həmin ayda valyuta ehtiyatları birdən birə 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabr ayında bazardan valyuta vəsaitlərin iri həcmində alınması ilə əlaqədar olub.