Bank Of Baku

«DəmirBank» Şəmkirdə bank xidmətləri ilə bağlı maarifləndirici aksiya keçirib

«DəmirBank» Şəmkirdə bank xidmətləri ilə bağlı maarifləndirici aksiya keçirib
# 04 sentyabr 2012 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Şəmkir rayonu İcra Hakimiyyəti ilə birgə Şəmkir sakinləri üçün «DəmirBank» məhsulları, plastik kartlar və nağdsız ödənişlər» mövzusunda maarifləndirici tədbir keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 450 nəfərin iştirak etdiyi tədbir Şəmkir Mədəniyyət Evində baş tutub.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin nümayəndələri bank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndirərək, rayonda fəaliyyət göstərən bank və kredit təşkilatlar sırasında «DəmirBank»ın ilk dəfə bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyini vurğulayıblar.

Bankın məsul şəxsləri «DəmirBank»ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Şəmkir filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı iştirakçılara müxtəlif bank xidmətləri üzrə maarifləndirici materiallar paylanıb.

Daha sonra «Bank kartları və nağdsız ödənişlər» üzrə iştirakçılar üçün maarifləndirici təqdimat həyata keçirilib. Tədbirin sonunda «DəmirBank» və «Fujitsu» şirkətindən bir sıra iştirakçılara qiymətli hədiyyələr təqdim edilib.

Hazırda «DəmirBank»ın xidmət şəbəkəsi 31 filialdan ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR