Bank Of Baku

Avqustda Azərbaycanda deflyasiya davam edib

Avqustda Azərbaycanda deflyasiya davam edib
# 04 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 0,8%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3% ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5% ucuzlaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, yumurtanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, şaftalının, pomidor və xiyarın, bibərin, badımcanın, soğanın, kartofun qiyməti ucuzlaşıb: «Ucuzlaşma ilə yanaşı avqust ayında unun, manna yarmasının, çörəyin, mal və qoyun ətinin, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, göy lobyanın, sarımsağın, qarpız və yemişin qiymətlərində bahalaşma da müşahidə olunub».

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən internet tariflərində ucuzlaşma qeydə alınıb.

Xatırladaq ki, cari ilin iyul ayında Azərbaycanda deflyasiyanın səviyyəsi 0,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR