BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 2,8% artaraq 399 856 697,04 manata çatıb. Korporativ istiqrazların ilkin bazarında 66 əqd üzrə 37 341 335 manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında 74 əqd üzrə 224 281 573,42 manatlıq əməliyyat aparılıb ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 2,5 dəfə azalıb, təkrar bazarı isə 5,7% artıb.
Səhm bazarına gəldikdə, hesabat dövründə bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 138 233 788,62 manat təşkil edib və 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 70% artıb. Səhmlərin ilkin bazarı 73,1%, təkrar bazarı isə 26,3% artıb.
Hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 3 dəfə azalıb, o cümlədən istiqrazların ilkin bazarının həcmi 2,9 dəfə, təkrar bazarın həcmi isə 4 dəfə azalıb. Azərbaycan Mərkəzi Bankının notları üzrə dövriyyə hesabat dövründə 35,6% artaraq 727 666 201,26 manata çatıb, o cümlədən notların ilkin bazarı 35,7%, təkrar bazarı isə 30,7% artıb. Ümumiyyətlə, yanvar-avqust aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 46,1% artıb.
Qiymətli kağızlar üzrə
BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli
(yanvar-avqust, 2012)
Bazarın seqmentləri | Yanvar-avqust, 2012 | Yanvar-avqust, 2011 | Faiz nisbəti | ||
Əqdlərin həcmi, | Əqdlərin | Əqdlərin həcmi, | Əqdlərin | ||
Dİ (AR MN) – (yerləşdirmə) | 67 733 542,77 | 29 | 196 760 768,77 | 109 | -2,9 dəfə |
Dİ (AR MN) – | 9 334 451,92 | 7 | 37 363 495,54 | 38 | -4 dəfə |
Notlar (AR MB) – (yerləşdirmə) | 715 179 262,24 | 173 | 527 072 784,43 | 202 | -35,6% |
Notlar (AR MB) – | 12 486 939,02 | 8 | 9 555 687,77 | 5 | 30,7% |
Repo əməliyyatları | 6 348 180 243,46 | 839 | 4 126 502 225,73 | 871 | 53,8% |
DQK bazarı cəmi | 7 152 914 439,41 | 1 056 | 4 897 254 962,24 | 1 225 | 46,1% |
Korporativ istiqrazlar – (yerləşdirmə) | 37 341 335,00 | 66 | 94 889 971,50 | 59 | -2,5 dəfə |
Korporativ istiqrazlar – (təkrar bazar) | 224 281 573,42 | 74 | 212 864 952,01 | 59 | 5,7% |
Səhmlər – (yerləşdirmə) | 131 322 181,67 | 110 | 75 868 402,58 | 109 | 73,1% |
Səhmlər – (təkrar bazar) | 6 911 606,95 | 2 257 | 5 470 910,24 | 2 471 | 26,3% |
KQK bazarı cəmi | 399 856 697,04 | 2 507 | 389 094 236,33 | 2 698 | 2,8% |
Cəmi | 7 552 771 136,45 | 3 563 | 5 286 349 198,57 | 3 923 | 42,9% |
İxtisarlar:
Dİ – dövlət istiqrazları
AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı
DQK – Dövlət qiymətli kağızları
KQK – Korporativ qiymətli kağızlar