Bank Of Baku

«Bank of Baku»nun «Dostlar klubu»na üzv olanların sayı 25 minə çatıb

«Bank of Baku»nun «Dostlar klubu»na üzv olanların sayı 25 minə çatıb
# 05 sentyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin bu ilin may ayında təsis etdiyi «Dostlar klubu»na ötən qısa dövr ərzində qoşulanların sayı artıq 25 minə çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, daimi müştərilərə istehlak kreditləri sahəsində müxtəlif güzəşt və imtiyazları ehtiva edən «Dostlar klubu» müştərilərin böyük marağına səbəb olub. Kredit rəsmiləşdirmək üçün bankın ölkə boyunca bütün filiallarına üz tutan müştərilər «Dostlar klubu»na qoşulmaqla sərfəli şərtlərlə kredit əldə edir.

«Bank of Baku»nun İdarə Heyətinin sədr müavini Abbas İbrahimov «Dostlar klubu» üzvləri sayının 25 minə çatmasının kifayət qədər ruhlandırıcı bir göstərici olduğunu deyib: «Bu olduqca ciddi saydır. Təbii ki, məqsədimiz loyal müştərilərimizin hamısını «Dostlar klubu»nun kartları ilə təmin etməkdir. Klub üzvlərinə mövcud imtiyazlarla yanaşı, daha fərqli imtiyazlar da nəzərdə tutmuşuq. Yaxın zamanlarda yeni imtiyazların mahiyyətini elan edəcəyik».

Xatırladaq ki, «Bank of Baku»nun «Dostlar klubu» çərçivəsində uzun müddətli müştərilərə müxtəlif növ imtiyazlı kartlar verilir. Bu kartlar “Bank of Baku” ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən və müsbət kredit tarixçəsinə malik müştərilərə pulsuz paylanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR