Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı daha iki kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı daha iki kredit ittifaqının lisenziyasını ləğv edib
# 06 sentyabr 2012 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən iki kredit ittifaqının - «Sahibkarlar» (Sabirabad) və «Astara» (Astara) kredit ittifaqlarının lisenziyası ləğv edilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, «Sahibkarlar» adlı kredit ittifaqının lisenziyasının ləğvinə səbəb ittifaq tərəfindən təqdim edilmiş hesabatların saxtalaşdırılması, həmçinin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, iqtisadi tənzimləmə normativlərini mütəmadi olaraq pozulması olub. «Astara» kredit ittifaqının lisenziyası isə ittifaqın illik audit hesabatından keçməməsi üzündən ləğv edilib.

Qeyd edək ki, AMB tərəfindən xüsusi razılığı ləğv edilmiş kredit ittifaqlarına ləğvetmə komissiyasının yaradılması və müvafiq ləğvetmə işlərinin aparılması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR