Kiçik kreditlərin böyük nailiyyətləri - ARAŞDIRMA
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda mikromaliyyə təşkilatları tərəfindən mikrokreditlərin verilməsi yoxsulluğu aradan qaldıran güclü alət kimi qiymətləndirilir. Mikrokreditlər dayanıqlı maliyyə xidmətlərinin əldə olunması yoxsullara gəlirlərini artırmaq, aktivlərini yaratmaq imkanı verir. Eyni zamanda mikromaliyyə kreditləri yoxsul ev təsərrüfatlarına gündəlik həyat mübarizəsindən gələcək üçün planlar qurulmasına, həmçinin daha yaxşı həyat şəraitinin yaradılmasına təminat yaradır.
Mikromaliyyədən daha çox yoxsul təbəqə yararlanmalıdır. Beynəlxalq təcrübə onu göstərir ki, daha çox mikromaliyyədən yararlanan yoxsul təbəqə olub. 1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Məcburi köçkünlərin sıx məskunlaşdığı Dağlıq Qarabağa yaxın bəzi regionlar üçün mikromaliyyə proqramları insanların adi tələbatlarını ödəmək üçün mühüm əhəmiyyət kəsb edirdi. Həmin dövrdə beynəlxalq QHT-lər tərəfindən təşəbbüs edilmiş mikromaliyyə proqramları digər mikromaliyyə təşkilatlarını da həvəsləndirdi. Bununla da son 10 il ərzində ölkədəki mikromaliyyə təşkilatlarının üzvləri mikromaliyyə sektorunun iqtisadi inkişaf prosesində ən fəal iştirakçılara çevirdi.
Bütün bunları nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında mikromaliyyələşdirmə sahəsinin rolunu xüsusi ilə qeyd etmək olar. Belə ki, 10 il bundan əvvəl Azərbaycanda mikromaliyyə təşkilatlarının yaranması ilə kiçik və orta sahibkarlıq subyektlərinə, həmçinin əhalinin aşağı gəlirli təbəqəsinə kreditlərin verilməsinə başlanılıb. Həmin dövrdə mikromaliyyə təşkilatlarının sayı az olsa da, sonradan belə təşkilatların sayı tədricən artmağa başladı və iqtisadi inkişaf prosesində əsas iştirakçılardan birinə çevrildi. Hazırda Azərbaycanda 27 mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Mikromaliyyə təşkilatları ilə yanaşı, Azərbaycanda mikrokreditləri təklif edən bank təşkilatlarını da qeyd etmək yerinə düşər.
Ölkədə mikromaliyyələşdirmə sahəsinin inkişafını sürətləndirən əsas amillər
Azərbaycanda mikromaliyyələşdirmə sahəsinin inkişafını sürətləndirmək üçün kredit faiz dərəcələrinin azaldılması, kreditin uzun müddətli təklif edilməsi, kredit anlayışı və mədəniyyətinin əhali arasında daha da geniş təbliği, həmçinin müştərilərin məşğulluğunu araşdıraraq onların ödədiyi vergilərin müəyyən qədər azaldılması və ya müəyyən müddətə vergidən azad olunması, eləcə də mikromaliyyə təşkilatlarında (BOKT-da) kredit portfelinin həcminin artırılması əsas amillərdən hesab olunur.
Bununla yanaşı, bu sahənin inkişafı üçün əhali arasında maarifləndirmə tədbirləri əsas işlərdən biri sayılır. Belə ki, gələcəkdə mikromaliyyələşmənin inkişafını daha da sürətləndirmək üçün müştərilər və ya vətəndaşlar arasında təlimlərin sayını artırmaq və onlara «Kredit nədir?», «Kredit mədəniyyəti nə deməkdir?», «Kredit məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri barədə məlumatın çatdırılması», «Ailə və sahibkarlıq büdcəsində olan fərq», həmçinin «Dövriyyə kapitalı nədir və ondan necə səmərəli istifadə etməli?» mövzularında təlimlər təşkil olunmalıdır.
Həmçinin əhalinin maliyyə savadlılığı səviyyəsinin artırılması ilə bağlı maarifləndirmə xarakteri daşıyan layihələrin həyata keçirilməsi, kredit məhsullarının qiymətləri barədə şəffaflığın artırılması, maliyyə şəffaflığının artırılması, müştəri yönümlü kredit məhsullarının hazırlanması, həmçinin müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də maliyyə xidmətləri istehlakçılarının mühafizəsi prinsiplərinə riayət edilməsi gələcəkdə bu sektorun inkişafını sürətləndirəcək işlərdən sayılır.
Qeyd edək ki, ölkədə mikromaliyyə sahəsinin potensialının gücləndirilməsi, həmçinin mikromaliyyə icmasının maraqlarının önə çəkilməsi sahəsində yeganə ictimai təşkilat olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının da rolunu xüsusi olaraq qeyd etmək olar. Belə ki, Azərbaycanda mikromaliyyə sahəsində beynəlxalq tədbirlərin təşkili, keçirilən tədbirlərə xarici investisiya fondlarının, maliyyə təşkilatları nümayəndələrinin, o cümlədən investorların cəlb edilməsi sahəsində assosiasiyanın rolu çox böyükdür. Assosiasiyanın əsas missiyası ölkə iqtisadiyyatını inkişaf etdirmək, o cümlədən mikromaliyyə sahəsinin inkişafını gücləndirmək, xarici investisiya şirkətləri ilə yerli mikromaliyyə təşkilatları arasında əlaqə yaratmaq, mikromaliyyə sahəsində bazara yeni məhsullar təqdim etməkdir.
Bank və mikromaliyyə təşkilatlarının mikromaliyyələşdirmə sahəsində rolu
Son illər Azərbaycanda mikromaliyyələşdirmə institutları və onların imkanları getdikcə genişlənir. Bir çox vətəndaşlar bu imkanlardan istifadə edərək və xırda məbləğdən tutmuş bir neçə min dollara qədər kredit götürərək öz kiçik bizneslərini qurmağa çalışır.
Azərbaycanda hazırda aşağı faiz dərəcəsi ilə kreditlər təklif edən bank və bank olmayan mikromaliyyə təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar müxtəlif şərtlərlə müxtəlif məhsul və xidmətlər təklif edirlər. Bütün bunlar müştərilərin maliyyə xidmətlərinə olan tələblərini təmin etməyə yönəldilib.
Bank və bank olmayan kredit təşkilatlarından asılı olaraq ölkədə mikromaliyyə üzrə kreditlərin faiz dərəcəsi illik 22%-dən başlayaraq 40%-dək təklif olunur. Aylıq faiz dərəcəsi isə 1,8%-3,3% arasında dəyişir.
Qeyd edək ki, təkcə bu ilin yanvar-iyun aylarında 422 049 müştəriyə xırda, kiçik və orta sahibkarlığın inkişafı və digər məqsədlər üçün 565,3 mln. manat həcmində mikrokredit verilib. Bu isə cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə təxminən 10% və ya 50,8 mln. manat çoxdur. Bu dövr ərzində mikromaliyyə kreditlərindən yararlanan müştərilərin sayı isə təxminən 9% və ya 32 842 müştəri artaraq 422 049 nəfərə çatıb.
Bununla yanaşı, bu ilin birinci yarısında mikromaliyyə kreditlərinin xüsusi çəkisi mikromaliyyə xidmətləri təklif edən maliyyə təşkilatları üzrə məcmu kredit portfelinin təxminən 26,3%-ni təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 5,3 faiz bəndi çox olub.
Qeyd olunan dinamika nəticəsində məlum olur ki, vətəndaşlar daim kiçik və mikromaliyyə kreditlərinə müraciət edərək ondan yaralanırlar. Bu cür artım tendensiyasını nəzərə alsaq, hələ bir neçə il mövcud və potensial müştərilər öz kiçik bizneslərini yaratmaq, kiçik və orta sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə mikro-maliyyə kreditlərinə müraciət etməli olacaqlar.
Məqalə «AccessBank»ın KİV üçün elan etdiyi «Azərbaycan iqtisadiyyatının inkişafında mikromaliyyələşdirmənin rolu» mövzusunda müsabiqəyə təqdim edilir
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb