Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət və özəl sektoru arasında tərəfdaşlığı təkmilləşdirir

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət və özəl sektoru arasında tərəfdaşlığı təkmilləşdirir
# 06 sentyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Əməliyyat Müşavirə Qrupu (Transaction Advisory Team) Dövlət və Özəl Sektor arasında Tərəfdaşlığın (public-private partnership - PPP) alternativ satınalma modeli və AİB-in Azərbaycandakı PPP layihələrinin formalaşmasında və inkişafındakı yardımını müzakirə olunur.

AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, PPP-nin daha çox lazım olan dövlət infrastrukturlarının və xidmətlərinin çatdırılması üçün stabil alternativ satınalma modeli var: «Lakin bəziləri iddia edə bilər ki, PPP universal həll deyil. Buna baxmayaraq, Böyük Britaniya, Avstraliya, Kanada və Cənubi Koreya kimi ölkələrdə nəzərə çarpan nümunələr var ki, hər iki dövlət və özəl sektorun ehtiyaclarının müəyyən olunmasında balanslaşdırılmış şəkildə yanaşılan müvafiq strukturlaşmış və həyata keçirilmiş sövdələşmələr bütün əsas istehlakçılara mənfəət verən uğurlu nəticələr verir».

«AİB-in bir çox üzv ölkələrində infrastrukturun bərpası və inkişafı üçün mühüm ehtiyac dövlət sektorunun mənbələrinə əlavə məhdudiyyətlər qoyacaq. PPP kimi alternativ satınalma modelini nəzərdən keçirmək cari mühit üçün müvafiqdir», - deyə AİB-dən bildirilib.

PPP forumunun məqsədi iştirakçılar və təcrübə keçən peşəkarlar arasında məlumatlandırmanı artırmaqdır. Forum əsas PPP anlayışı, satınalma strukturları, PPP həyata keçirmə alətləri, pulla dəyərləndirmə anlayışı, Bakıda potensial pilot layihə və AİB-in Əməliyyat Müşavirə Qrupu kimi mövzuları əhatə edir.

Forum iştirakçıları arasında qarşılıqlı əlaqə Azərbaycanda işləyən və stabil PPP mühitinin inkişafına yol açmaq üçün təşviq edilir.

Forumda dövlət və özəl qurumların, investorların və maliyyə institutlarının nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR