Bank Of Baku

Azərbaycanda yük və sərnişindaşımalar avqustda bahalaşıb

Azərbaycanda yük və sərnişindaşımalar avqustda bahalaşıb
# 06 sentyabr 2012 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri 0,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,5% ucuzlaşıb, ixrac üzrə 13,6%, idxal üzrə 8,8%, tranzit üzrə isə 0,1% bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5% və 0,6% artıb, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,6% ucuzlaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4% bahalaşıb.

Telekommunikasiya sektorunda mobil telefon rabitəsi üzrə tariflər 1,5% artıb, internet tarifləri isə 3,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR