Bank Of Baku

Azərbaycanda bank depozitləri iyulda azalıb

Azərbaycanda bank depozitləri iyulda azalıb
# 07 sentyabr 2012 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2012-ci ilin avqustun 1-nə 9 668,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 322,9 mln. manat və ya 15,9% artıb. Eyni zamanda iyul ayında depozitlərin həcmi 35,6 mln. manat və ya 0,4% azalıb.

Depozitlərin tərkibində 4 415,2 mln. manatı və ya 45,7%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 871,6 mln. manat və ya 24,6%, o cümlədən iyulda 42,6 mln. manat və ya 1,0% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi avqustun 1-nə 5 253,5 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 451,3 mln. manat və ya 9,4% artıb. Eyni zamanda iyul ayında 78,2 mlın. manat və ya 1,5%-lik azalma baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 499,5 mln. manatı və ya 47,6%-i maliyyə təşkilatların depozitlərinin, 2 754,0 mln. manatı və ya 52,6%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Göründüyü kimi, depozitlərin azalması əmanətlərin deyil, hüquqi şəxslərin depozitlərinin azalması hesabına baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR