Bank Of Baku

Azərbaycanda istehlak kreditlərinin xüsusi çəkisi artır

Azərbaycanda istehlak kreditlərinin xüsusi çəkisi artır
# 07 sentyabr 2012 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2012-ci il avqust ayının 1-nə 10 826,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) xüsusi çəkisi 35,4% təşkil edir ki, bu da illik müqayisədə 2,4, aylıq müqayisədə isə 0,3 faiz bəndi artıqdır.

Kreditlərin tərkibində ikinci yeri ticarət və xidmət sahəsinə yönəldilən kreditlər tutur. Bunların payı 26,0%-ə bərabərdir. İnşaat və əmlak sahəsinin payı 9,5%, sənaye və istehsalın payı 6,1%, kənd təsərrüfatı və emalın payı 4,7%, nəqliyyat və rabitə sahəsinin payı 3,7%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 2,6%, digər sahələrin payı isə 12,0% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR