Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasında ticarət dövriyyəsi avqustda 18% azalıb

Bakı Banklararası Valyuta Birjasında ticarət dövriyyəsi avqustda 18% azalıb
# 07 sentyabr 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 29 alqı-satqı əqdi qeydə alınıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə bu əməliyyatlarda 8 bank təşkilatı iştirak edib.

Hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 56,343 mln. manat və ya dollar ekvivalentində 71,749 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 12,240 mln. manat və ya 18% azdır.

Hesabat ayında Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 3,417 mln. dollara çatıb, bir əqdin orta həcmi 2,474 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR