Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ərzində xarici öhdəliklər 42,1 mln. manat və ya 1,7% artıb:
Eyni zamanda bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci ilin avqustun 1-nə 1 833,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 147,1 mln. manat və ya 8,0% artıb. Eyni zamanda iyul ayı ərzində 25,7 mln. manat və ya 14,4%-lik artım müşahidə olunub.
Nəticədə kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldo 693,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16,4% çoxdur.