Bank Of Baku

Maliyyə Nazirliyi «Problemli sığorta şirkətlərinə nəzarət» mövzusunda beynəlxalq seminar keçirib

Maliyyə Nazirliyi «Problemli sığorta şirkətlərinə nəzarət» mövzusunda beynəlxalq seminar keçirib
# 10 sentyabr 2012 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Toronto Mərkəzi ilə birlikdə «Problemli sığorta şirkətlərinə nəzarət» mövzusunda beynəlxalq seminar keçirilib.

Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Toronto Mərkəzinin ekspertlərinin təqdimatında keçirilən seminarda ümumilikdə 6 ölkənin sığorta nəzarəti orqanlarından 18 nəfər iştirak edib.

Beş gün davam edən seminarda iştirakçılar tərəfindən sığorta sahəsində ümumi vəziyyət, liderlik prosesi, effektiv idarəetmə üsulları, problemli maliyyə institutlarına nəzarət mövzuları barəsində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR