Bank Of Baku

Gələn ilin sonunadək «TuranBank»ın məcmu kapitalı 50 mln. manat olacaq

Gələn ilin sonunadək «TuranBank»ın məcmu kapitalı 50 mln. manat olacaq
# 10 sentyabr 2012 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «TuranBank» ASC-nin Müşahidə Şurasının növbədənkənar iclasında bankın məcmu kapitalının artırılması ilə bağlı qərar qəbul edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın məcmu kapitalının cari ilin oktyabr ayının sonunadək 11% artıraraq 30 mln. manata, 2013-cü ilin mart ayının sonunadək 33% artıraraq 40 mln. manata, 2013-cü ilin sonunadək isə daha 25% artıraraq 50 mln. manata çatdırılması qərara alınıb.

Qeyd edək ki, 2012-ci ilin avqust ayının 1-ə bankın aktivlərinin həcmi 189,5 mln. manat, məcmu kapitalı 27 mln. manat, balans kapitalı isə 30 mln. manat, gəlirləri 12,7 mln. manat, xərcləri 10,6 mln. manat, balans mənfəəti isə 2,1 mln. manat olub.

Xatırladaq ki, «TuranBank» ASC 1992-si ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR