Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 40% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 40% artıb
# 10 sentyabr 2012 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-iyul aylarında 17,589 mlrd. manat, məxaric hissəsi isə 18,424 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-iyul aylarına nisbətən 39,2%, məxaric hissəsi isə 37,8% artıb.

Beləliklə, yanvar-iyulun nəticələrinə görə bank kassa dövriyyəsində 835 mln. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 799,6 mln. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici 2011-ci ilin yanvar-iyulunda olan göstəricisindən 9,8% çoxdur.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 10,729 mlrd. manat və ya ümumi mədaxilin 61,0%-i daxil olub. Digər iri mənbələrin sırasında 3,673 mlrd. manat həcmində və ya xüsusi çəkisi 20,9% olan hüquqi şəxslərdən daxilolmaları, 1,902 mlrd. manat həcmində və ya xüsusi çəkisi 10,8% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 6,850 mlrd. manat və ya 37,2%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 5,853 mlrd. manat və ya 31,8%, bankomatlara pul qoyuluşunun payına 4,983 mlrd. manat və ya 27,0% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR