Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı “İslam bankçılığı pəncərəsi” çərçivəsində ilk müqavilə bağlayıb

Azərbaycan Beynəlxalq Bankı “İslam bankçılığı pəncərəsi” çərçivəsində ilk müqavilə bağlayıb
# 11 sentyabr 2012 12:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Əmtəə Murabah üzrə 20 mln. Dollar həcmində saziş bağlayıb. Bu barədə “APA-Economics”ə Bankın mətbuat xidmətindən məlumat verilib.

ABB-nin İslam Bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib ki, Əmtəə Murabah - müəyyən edilən mallar üzrə ticarət qiymət artımı ilə qiymətli kağızlar birja vasitəsi ilə beynəlxalq alqı-satqı müqaviləsidir.

ABB ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında müqavilə palladiumla ticarət üzrə bir il müddətinə bağlanılıb.

B.Qurbanzadə onu da vurğulayıb ki, “İslam bankçılığı pəncərəsi” çərçivəsində ilk müqavilə pəncərənin açılmasından cəmi bir həftə sonra bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR